Təbrizin “Traxtur” Futbol Klubunun yeni loqosu təsdiqlənib və iyulun 29-dan istifadə edilməyə başlayıb.
Bununla eyni vaxtda Təbriz klubunun futbolçuları Ankarada təlim düşərgəsini qurub, məşqlərə başlayıblar.
Bu gün məşqlər planına uyğun olaraq “Traktor” komandası ilə Türkiyənin “Adana Dəmirspor” komandasının qarşılaşması olacaq.
Qeyd edək ki, “Traxturun” yeni loqosunda klubun təsis tarixinin olmaması etirazlara səbəb olmuşdu.
Bundan sonra loqoya “Traxtur” klubunun təsis tarixi olan 1970-ci il də əlavə edilib.