Təbriz şəhəri küçələrində Orxun əlifbası və türk damğaları naxışlanıb

by Samir Asadli

Üzərində Orxun əlifbası və türk tayfalarının damğaları rəsm edilmiş maket yumurtaların yığışdırılmasına etiraz olaraq Təbriz şəhəri küçələrində aktivistlər tərəfindən Orxun əlifbası və türk damğaları naxışlanıb.

Xatırladaq ki, Təbriz şəhərinin Bələdiyyəsi Novruz bayramı yaxınlaşmaqla üzərində Orxun əlifbası və 24 Oğuz tayfasının damğalarını, həmçini Alov Çərşənbəsini əks etdirən yumurta maketlər şəhər əhalisinin baxışına qoyulmuşdur.

Panfarsist dairələrin Güney Azərbaycan türklərinə qarşı propaqandası nəticəsində Bələdiyyə həmin maket yumurtaları yığışdırmağa məcbur olmuşdur.

Güney azərbaycanlılar həmin dairələrin bu hərəkətinə etiraz olaraq üzərində Orxun əlifbası ilə “Türk” sözü yazılmış yumurtaları boyamaqla panfarsist dairələrə öz kimliklərini ifadə ediblər.

video: Təbriz şəhəri Orxun əlifbası

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK