Təbriz şəhərinin bazarında tətil elan olunub

by Samir Asadli

Təbriz şəhərinin zərgərləri yeni vergi qanununa etiraz olaraq tətil elan edib.

Şəhərin qızıl bazarları, o cümlədən Əmir Bazarı, Əmir Kəbir, Məhəmmədi və Əmir Hüseyn unvermaqlarının peşə sahibləri yeni vergi qanununa və vergi terminallarının qoyulmasına etiraz olaraq mağazalarını bağlayıblar.

Bu barədə “Abbas Lisani Məlumatlandırma İnternet Səhifəsi” bildirib. Məlumata əsasən, Vergi İdarəsi qızıl, cəvahir və platın alış-verişinə 25 faiz vergi tətbiqini bildirməklə, mağaza sahiblərindən elektron faktura çıxarmalarını tələb edib.

Həmçinin yeni vergi qanunu ilə əlaqədar İsfahan və Qum şəhərlərinin bazarlarında da tətil elan olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK