Təbriz Universitetinin 9 tələbəsi cəzalandırıldı

by Samir Asadli

Təbrizin Tibb Elmləri Universitetinin 9 tələbəsi cəzalandırılıb. Universitetin İnzibat Komissiyasının verdiyi qərara görə, onlar iki semestrdə təhsildən kənarlaşdırılıb.

Buna, tələbələrin qız məktəblərində şagirdlərin kütləvi zəhərlənmələrinə etiraz etmələri səbəb olub.

Universitetin İnzibat Komissiyasının verdiyi qərarda təhsildən məhrum edilən tələbələr “iğtişaş və qarışıqlıq yaratmaq”da ittiham olunublar.

Bundan bir müddət öncə isə Təbriz Universitetinin 40 tələbəsinə mesaj göndərilib və onlardan İntizam Komissiyasına getmələri tələb edilib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb.

Onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK