Təbriz Tibb Elmləri Universitetinin 18 tələbəsi etiraz aksiyalarında iştirak etdiklərinə görə cəzalandırılıblar.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb, yüzlərlə tələbə isə Universitetlərdən qovulub.
Onların bir çoxuna qarşı “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.
Etirazlar baş verən zaman və ondan sonrakı dövrdə 700-dən çox tələbə həbs edilib, 1000-ə yaxın tələbə universitetdən qovulub.