Təbriz universitetinin tələbəsi İntizam Komitəsinə çağırılıb

by Samir Asadli

Təbrizin “Şəhid Mədəni” Universitetinin tələbəsi Hadi Səttari Universitetin Nizam-İntizam Komitəsinə çağırılıb.

Çağırış vərəqəsində onun iyunun 18-də adı çəkilən komitədə olması tələb edilib.

Gənc fəal ona qarşı irəli sürülən ittihamlara cavab verməlidir.

Hadi Səttariyə qarşı “etiraz aksiyalarında iştirak etmək və iğtişaş törətmək”, “müqəddəsləri təhqir etmək”, “tələbəlik statusuna zidd hərəkətlər etmək və universitetin iş və təhsil rejimini pozmaq” ittihamları irəli sürülüb.

Qeyd edək ki, Hadi Səttari ictimai-siyasi həyatda aktiv tələbələrdən biridir.

O, müxtəlif ictimai və mədəni təşkilatların üzvüdür və bu günə kimi mədəniyyət və Azərbaycan dili və ədəbiyyatı sahəsində fəaliyyət göstərib.

2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən yüzlərlə tələbə universitetlərdən qovulub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK