Təbriz, Urmu və Ərdəbildə etiraz aksiyaları keçirilib

by Samir Asadli

Təbriz şəhərində Qazi adına Farmakologiya Cəmiyyətinin işçiləri tətilə başlayıb

Cəmiyyətin ştat işçiləri sosial vəziyyətlərinə və istəklərinə müdiriyyət tərəfindən baxılmadığına etiraz olaraq fəaliyyətdən imtina ediblər.

Qeyd edək ki, Qazi adına Farmakologiya Cəmiyyəti serum istehsal edən ən böyük zavod hesab olunur.

Həmçinin Qərbi Azərbaycan və Ərdəbil əyalətlərinin rabitə təqaüdçülərindən ibarət bir qrup tələblərinə baxılmadığına görə fevralın 12-də Urmu və Ərdəbil şəhərinin rabitə idarələrinin qarşısında aksiyaya başlayıblar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK