Təbriz-Ocan (Bostanabad) arasında yerləşən və dünyanın təbiət abidələri siyahısına salınan Quru göl tamamilə məhv olmaq üzrədir.
Qeyd edək ki, Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir.
200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir. (Axar.az)