Təbrizdə əlillər etiraz aksiya keçiriblər

by Samir Asadli

Dekabrın 2-3 Beynəlxalq Əlillər Günü münasibətilə bir qrup əlil Təbrizdə aksiya keçirərək hökumətin onlara qarşı laqeyd siyasətinə etirazlarını bildiriblər.

Bu barədə Təbriz Əlillər Birliyinin rəhbəri Ruqəyyə Zarei paylaşım edib.

O, hakimiyyətin işə götürmək, ictimai, mədəni və iqtisadi sahələrdə əlillərin vəziyyətini nəzərə almadığını deyib.

Zarei bildirib ki, hətta şəhərsalma layihələrində də, əlillərin şəraiti nəzərə alınmır, onların hərəkəti üçün adi zolaqlar salınmır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK