21 Fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində milli-mədəni fəallar Təbrizdə mədəni aksiya keçirib, yazılı vərəqələr paylayıblar.
Əhali arasında paylanılan və ictimai yerlərə yapışdırılan posterlərdə İran xəritəsi üzərində Azərbaycan bölgəsinin üstünə qıfıl vurulmuş foto təsvir olunub.
Bundan əvvəl 21 Fevral Beynəlxalq Ana Dili Gününün yaxınlaşması ilə əlaqədar Ərdəbil şəhərində uşaqlar arasında Azərbaycan dilində kitablar paylanılıb.
Qeyd edək ki, hər il 21 fevral Beynəlxalq Ana Dili günü, 17 dekabr Azərbaycan dilində kitabların 1946-cı ildə yandırılmasının ildönümü günü və İranda yeni təhsil ilinin başlanması ilə əlaqədar oxşar tədbirlər keçirilir.
İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildır ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə mane olub və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edib.