Təbrizdə Azərbaycan bayrağı qaldıranlar gənclər saxlanılıb

by Samir Asadli

Aprelin 3-də Təbrizin “Səhənd” (Yadiqare İmam) stadionunda Təbrizin “Traxtur” və İsfahanın “Sepahan” futbil komandaları arasında keçirilən görüşdə Azərbaycan və Türkiyə bayraqlarını qaldıran iki nəfər həbs edilib.

Bu barədə İran “Həmşəhri” qəzeti məlumat yayıb.

“Bu, Azərbaycanla İran arasında gərginliyin davam etdiyi bir vaxtda baş verib. Bir sıra mənbələr həbs edilənlərin pantürkist cərəyanlara mənsub olduğunu bildirir”,- qəzet yazıb.

Saxlanılanların kimliyi və hara aparıldıqları barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, 100 min nəfər azarkeşin iştirak etdiyi qarşılaşma 0-0 hesabı ilə başa çatıb.

Stadion ətrafında və stadionda toplaşan azarkeşlət Azərbaycan dilində şarlar səsləndirib, plakatlar qaldırıblar.

“Hamı Traxturçudu, Təbriz haman Urmudu”, bu torpaqdan pay olmaz”, “Urmu Azərbaycanın ürəyidir” və başqa bu kimi şüarlar səsləndiriblər.

Stadionda Azərbaycan və Türkiyə bayraqlarının qaldırılması azarkeşlərin alqışları ilə müşayiət olunub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK