Avqustun 22-si Təbrizin “Səhənd” stadionunda keçirilən “Traxtur” futbol komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” komandasının oyunu zamanı “Traxtur” tərəfdarları Azərbaycan Respublikasının bayrağını qaldırıblar.
Azərbaycan bayrağının qaldırılması tamaşaçıların coşqusuna səbəb olub, alqışlarla qarşılanıb və minlərlə azarkeş “Azərbaycan var olsun, istəməyən kor olsun”şüarları səsləndiriblər.