Təbriz şəhərində yaşayan bir neçə milli-mədəni fəal müvəqqəti olaraq, girov qarşılığında sərbəst buraxılıb.
Onlar iki aydan çox təhlükəsizlik təcridxanası və Təbriz həbsxanasında saxlanıldıqdan sonra hər biri 500 milyon tümən girov qarşılığında sərbəst buraxılıblar.
Adı çəkilən fəallaraın uzun müddət dindirilmələrinə baxmayaraq, barələrində irəli sürülən ittihamlar və saxlanılma səbəbləri barədə açıqlama verilməyib.