Təbrizin Şəhər Şurası şəhərin 5 küçəsinin qədim adlarının dəyişdirilərək yeni adlar verilməsi barədə təklifi təsdiq edib.
Dəyişdirilən ilk küçə adı şəhərin Quşxana bölgəsindəki “Rəhim bənna” adına küçə olub.
Həmin küçə İran-İraq müharibəsində həlak olan SEPAH üzvünün xatirəsinə “Şəhid Behnam Peyğami Zərkan” adlandırılıb.
Qeyd edək ki, Rəhim bənna Quşxana bölgəsində qeyd olunan məhəllənin ilk təməlini qoyan şəxs olub.
Küçələrin qədim adlarının dəyişdirilməsi yerli sakinlərin narazılığı ilə qaşılanıb, onlar bununla bağlı sosial mediada paylaşım ediblər.