Təbrizin Danişsəra küçəsində gənclərin geyim tərzinə müdaxilə edən molla ağır döyülüb.
Yerli şahidlər hadisənin mollanın gənclərin geyim tərzinə görə onları təhqir və təhdid etməsindən sonra baş verdiyini bildiriblər.
Hadisə yerindən uzaqlaşan gənclərin saxlanılması üçün geniş axtarış tədbirlərinin başladıldığı qeyd edilib.
Xüsusən son vaxtlar gənclərin və qadınların geyim tərzinə müdaxilə edən hökumət molalarının döyülmə halları artıb.
Onlardan bir neçəsinin öldürülməsi başqa mollaların qorxusuna səbəb olub, hakimiyyətdən onların təhlükəsizliyinin təmini üçün əlavə tədbirlərin görülməsini tələb ediblər.