Avqustun 16-ı axşam saatlarında Təbrizin Səhənd (Yadiqari İmam) stadionunun qarşısınd saxlanılan fəallar avqustun 17-də Təbriz prokurorluğunun 10-cu bölməsinə göndəriliblər.
Qeyd edək ki, Abdullah Ənsari, Kərim İsmayılzadə və Mehdi Nəsirzadə “Traxtur” futbol komandası ilə Tehranın “Perspolis” komandasının oyununu izləmək üçün stadiona gedərkən saxlanılıblar.
Onlara qarşı irəli sürülən ittihamlar barədə hələlik məlumat əldə etmək mümkün olmayıb.