Təbrizdə hicaba görə hotel bağlandı

by Samir Asadli

Təbrizin tarixi binalarından olan və hotel kimi fəaliyyət göstərən Sorxeyi hoteli məcburi hicab qaydalarını pozanlara xidmət verdiyi üçün bağlanıb.

Bu barədə Təbrizin yerli mediası məlumat yayıb.

Bildirilib ki, Sorxeyi hoteli Təbrizdə yeganə tarixi hotel olub və bir neçə ay əvvəl Mədəni İrs Təşkilatı tərəfindən açılmışdı.

Qeyd edək ki, son aylar İranda məcburi hicab qaydalarına riayət edilməyən və musiqi səsləndirilən 2 mindən çox iş yerinin fəaliyyəti də dayandırılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK