Təbrizdə keçmiş Almaniya konsulluğunun binası təmir ediləcək

by Samir Asadli

Təbriz şəhərinin qubernatoru Yunis Fəttah keçmiş Almaniya konsulluğuna baxış keçirib, binanın vəziyyəti ilə maraqlanıb. Bu barədə azərəncümən xəbər portalı xəbər yayıb.

“Keçmiş Almaniya konsulluğunun hüdudlarının və çevrəsinin qorunması bizim üçün prioritet məsələdir.

Ona görə də binanın qorunması, saxlanılması və bərpasına tərəfimizdən texniki təkliflər verilib”- Yunis Fəttah belə deyib.

Onun sözlərinə görə, şəhərin bələdiyyəsi tərəfindən bu məkanın divarları və hüdudlarının yıxıdılması icazə alınmadan olunub.

“Məsələnin əyalətin Mədəni İrs Təşkilatı tərəfindən araşdırılmasına ciddi təkid etmişəm”- Yunis Fəttah portala müsahibəsində deyib.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK