Təbrizdə milli fəal həbs edilib

by Samir Asadli

Təhlükəsizlik məmurları Təbrizin Bağmeşə məhəlləsində milli fəal Hüseyn Azadini həbs edərək naməlum yerə aparıblar.

Bu barədə fəalın yaxınları məlumat yayıb.

Bildirilib ki, əslən Qoşaçay (Miyandab) şəhərindən olan fəalın həbs səbəbləri barədə açıqlama verilməyib.

Qeyd edək ki, son ay ərzində Güney Azərbaycanın Təbriz, Qoşaçay, Ərdəbil, Urmiya və başqa bir neçə şəhərində çox sayda fəal həbs edilib.

Fəalların bəzilərinə qarşı saxta ittihamlar irəli sürülüb, uzunmüddətli həbslərinə zəmin yaradılır.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK