Təbrizdə Röya Zakiriyə dəstək aksiyası keçirilib.
Röya Zakirinin posterlərinin üzərində Azərbaycan, ərəb, bəluc və ingilis dillərində “Azadlıq, Ədaıət, Milli hökumət” şüarı yazılıb.
Qeyd edək ki, oktyabrın 15-də Təbrizdə məcburi hicab qaydalarını pozduğuna görə, “əxlaq polisləri” Röya Zakiri döyüblər.
Buna etiraz edən təbrizli xanım Əli Xaməneiyə qarşı şüarlar səsləndirib.
Bundan sonra onu polis təcridxanasına, oradan “Razi” ruhi xəstəxanasına köçürülüblər.
Etirazçı xanım yenidən dindirilmək üçün Ruhi Xəstəxanadan təhlükəsizlik təcridxanasına aparılıb.
Onun yaxınları ictimai yerdə Xaməneiyə qarşı şüarlar səsləndirdiyi üçün hökumətin Röyanın həyatına qəsd edəcəyindən nigərandırlar.