Mayın 22-i səhər saatarından başlayaraq Təbrizin bir çox bölgələrində sərt təhlükəsizlik tədbirləri tətbiq edilib.
Bununla yanaşı 22 may (1 xordad) qiyamının 17-ci ildönümündə keçirilməsi nəzərdə tutulan aksiyaların qarşısını almaq üçün çox sayda mülki geyimli təhlükəsizlik və polis məmurlarının da mərkəzi bölgələrə cəlb edildiyi bildirilir.
Qeyd edək ki, bir neçə gün öncədən bir sıra milli fəallar həbs edilib, bir çox fəala isə telefonla xəbərdarlıq edilərək hər hansı toplantı və aksiyalara qatılacaqları təqdirdə ağır cəzalara məruq alacaqları ilə bağlı təhdidlər edilib.