Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsi 24 gündür Talay adlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir.
“Uşağınıza ingilis və ya yunan adı verə bilərsiniz, amma biz türklər öz dilimizdə övladımıza ad seçə bilmirik. İş o yerə çatıb ki, Vətəndaşlıq Dairəsi prokurorun, millət vəkilinin, hətta prezidentin sözünə fikir verilmir.”
Leyla Şirinin sözlərinə görə, Təbriz Vətəndaşlıq Qeydiyyatı İdarəsi əmədaşları bildiriblər ki, hətta məhkəmə qərarı alınsa belə yenə də “Talay” adına etiraz edəcəklər.