Təbrizdə tarixi abidənin bərpası baş tutmadı

by Samir Asadli

Təbrizin qədim Bağmeşə məhəlləsində yerləşən tarixi “Kələntər evi” dağılmaq üzrədir.

Bir müddət əvvəl İran Mədəni İrs Nazirliyi və onun yerli bölmələrinə tarixi abidənin bərpası və qorunub saxlanılması ilə bağlı müraciətlərin artmasından sonra abidənin bərpası ilə bağlı verilən vədlər yenə də gerçəkləşməyib.

Təbrizlilərin bələdiyyə başçısı Yəqub Huşyara ünvanlanan müraciətini aralarında onlarla tanınmış mədəniyyət və incəsənət xadimi olmaqla yüzlərlə insan imzalayıb.

Müraciətdə Təbrizin bələdiyyə başçısı Yəqub Huşyara
abidənin tarixi və memarlıq əhəmiyyəti xatırladılıb və onun bərpa edilərək muzeyə çevrilməsi istənilib.

1892-ci ildə inşa edilən Kələntər Evinin18 avqust 2003-cü ildə 9712 qeydiyyat nömrəsi ilə İran Milli Əsərlər siyahısına salınmasına baxmayaraq, abidənin bərpası üçün heç bir iş görülməyib.

Təbrizdə Qacarlar dövrünün nadir memarlıq nümunələrindən olan abidə ciddi xəsarətlər alıb hazırda narkomanların yığınaq yerlərindən birinə çevrilib.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Təbrizdə onlarla tarixi abidə yox olmaq üzrədir.

Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yütərli büdcə ayrılmadığını deyirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK