Təbrizli mədəni və ətraf mühit fəalları çox sayda posterlər yayaraq Urmiya gölünün bərpasına nail olmaq və Araz çayının çirkləndirilməsinin qarşısını almaq üçün birliyə çağırıblar.
Posterlərdə “Oturub yalnız seyr edirik, qorxasan sonunda Azərbaycan coğrafiyada deyil, yalnız tarix kitablarında qala” və “Urmu, Araz üçün birlik” ifadələri yazılıb.
Fəallar bu məzmunlu posterlərin yayılmasında məqsədlərinin Azərbaycanda baş verməkdə olan ekoloji fəlakətə diqqət çəkmək olduğunu deyiblər.