GünazTv kanalına daxil olunmuş məlumata əsasən həmin plakadların üzərində “Azərbaycan fəhlələri=çörəklərini canları bahasına qazanır.” və “Azadlıq, Ədalət, Milli Hökumət” şüarları yazılıb.
Habelə Güney Azərbaycanın zəhmətkeş fəhlə təbəqəsi fars şovniziminin kolonializm siyasətlərinə məruz qalaraq çoxlu iqtisadi, siyasi və mədəni fəlakətlərə tuş gəlir. Urmu Gölünün İran hökuməti tərəfindən qəsdən qurudulması nəticəsində azərbaycanlı fəhlə təbəqəsinin bu vəziyyət daha da çətinləşə və pisləşəcək.
Bu məsələləri bildirmək istiqamətində Güney Azərbaycanın aktivistlərindən bir qrupu Təbrizin çoxhərəkətli və Eynalı Dağının çox izdihamlı yollarında, o cümlədən Qatarqayalar, İlanuçan yolları, Kəhlik Bulağı və sair yerlərdə bu duruma etiraz olaraq üzərlərində oyandırıcı və bildirici şüarlar yazılmış plakadlar yapışdırıblar.
Şüarlar “Azərbaycan fəhlələri=çörəklərini canları bahasına qazanır.” və “Azadlıq, Ədalət, Milli Hökumət”-dən ibarət olaraq məqsəd gəzintiyə çıxanların, alpinistlərin və cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu problemə çəkmədir.