Təbrizdə yaşayan ictimai fəal Dəniz Zunuzi ETTELAAT-a çağırılaraq bir neçə saatlığına dindirilib.
Bildirilib ki, Dəniz Zunuzidən sosial mediada Urmu gölü ilə bağlı fəaiyyətini dayandırmaq tələb olunub.
Xanım fəalın yaxınlarının dediyinə görə, o, fəaliyyətini dayandırılmayacağı təqdirdə həbs olunacağı ilə təhdid edilib.
Qeyd edək ki, son günlər güney azərbaycanlı mədəni fəallara qarşı təzyiqlər artıb.
Onlarla fəala zəng edilərək ETTELAAT-ın yerli bölmələrinə gəlmələri tələb olunub.