Təbrizdə Zəhra Muradxanlı və Sonya Rəhmanzadənin həbsi davam edir

by Samir Asadli

022a0000-0aff-0242-56a8-08daeb1b2af6_w1023_r1_sHüquq müdafiəçiləri Təbrizdə yazar Zəhra Muradxanlının keçən aydan bəri və bloger Sonya Rəhmanzadənin təqribən 2 həftədir həbsdə olduğunu bildirirlər.

Bu barədə HRA agentliyi, habelə AHRAZ və Ərk cəmiyyətləri məlumat yayıblar.

İranın təhlükəsizlik qüvvələri Zəhra (Nazənin) Muradxanlını noyabr ayının 29-da Təbrizdəki evində nəzarət altına alıblar. Ərk cəmiyyətinin xəbərinə görə, Muradxanlı bir roman kitabının müəllifidir.

Blogger Sonya (Sona) Rəhmanzadə də evində həbs edilib. Məmurlar onu dekabr ayının 18-də nəzarət altına alıblar. Rəhmanzadənin yaxınları onun hazırkı vəziyyəti ilə bağlı dəqiq məlumat ala bilmirlər.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK