Təbrizin “Şuniz” (Dadaş bəradər) zavodunun işçiləri işi dayandıraraq etiraz aksiyası keçiriblər.
Onlar əmək haqlarının ödənilməməsinə, işçi və qanunla nəzərdə tutulmuş hüquqlarının pozulmasına etiraz ediblər.
Bundan əvvəl zavod rəhbərliyinin problemlərin həlli ilə bağlı vədlərinin özünü doğrultmadığını deyən işçilər aksiyanı davam etdirəcəklərini bildiriblər.