Təbrizdəki Azərbaycan konsulluğu qarşısında təxribat cəhdi

by Samir Asadli

Aprelin 3-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu qarşısında təxribata əl atıb.

Sosial mediada yayılan foto və video görüntülərə görə, SEPAH və yarım hərbi Bəsic qüvvələrinə bağlı şəxslər Baş Konsulluq qarşısına “Hüseyniyyun” terror təşkilatının “bayraqları”nı qaldırıblar.Qeyd edək ki, Azərbaycanda axtarışda olan və İranda SEPAH və təhlükəsizlik orqanlarının dəstəyi ilə fəaliyyət göstərən “Hüseyniyyun” qruplaşmasının üzvləri Azərbaycana qarşı təxribatçı fəaliyyətlərini artırıb.

Millət vəkili Fazil Mustafaya qarşı törədilən terror aktından və bununla bağlı bir neçə cinayətkarın həbsindən sonra adı çəkilən qruplaşma Azərbaycana qarşı təhdid mesajları paylaşıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK