İranda keçirilən ikinci dövr parlament seçkilərində Təbrizdən seçilən millət vəkillərinin adları açıqlanıb.
Bildirilib ki, Əlirza Munadi, Əli Cəfəri Azər, Rza Sədiqi və Əlirza Novinin qələbəsi təsdiqlənib.
Bundan əvvəl birinci dövr seçkilərdə isə Ruhullah Mütəfəkkir Azad və Məsud Pezeşkian parlamentə seçilib.
Qeyd edək ki, rəsmi məlumatlara görə mayın 11-də keçirilən ikinci dövr parlament seçkilərində Təbrizdə secici fəallığı 15 faiz olub.
Qeyri-rəsmi məlumatlarda isə səsvermə hüququ olan təbrizlilərin yalnız 10 faiznin səsvermədə iştirak etdiyi bildirilib.