Təbrizli sənətçilərin hazırladığı “Su = Həyat” animasiya filmi Amerikada keçirilən Dünya su filmləri festivalında ən yaxşı animasiya mükafatına layiq görülüb.
Filmin rejissoru Məhəmməd Zare, prodüseri Əkrəm Xoşvəqt, ssenari müəllifi isə Rəna Vaezidir.
Məhəmməd Zare festivalın tamaşaçıları qarşısında qısa çıxışında Urmiya gölünün ağır vəziyyətindən, bu ekoloji böhrana diqqət yetirilməsinin zəruriliyindən və suyun həyati əhəmiyyətindən danışıb.
Qeyd edək ki, Təbriz şəhərində stop-motion texnikası ilə hazırlanan bu əsərin prodüserləri arasında Fərşad İbrahimi və Sepide Lütfi də var.