Təbrizin Gülüstan Bağından sonra Məfaxir Parkı (Fəxlər Parkı) da təhlükə altındadır
Sadiq Nəcəfinin idarəçiliyi dövründə bilinməyən səbəblərdən mülkiyyəti və idarəçiliyi Şərqi Azərbaycan Vəqf İdarəsinə verilmiş Məfaxir Parkı son günlər Baş İdarə və Təbriz Bələdiyyəsinin səhlənkarlığı və etinasızlığı ucbatından acınacaqlı hala qalıb.
Nəsr xəbər agentliyi bununla bağlı xəbər dərc edərək yazıb ki, Təbrizin Məfaxir Parkının tarixi-mədəni kimliyinin tədricən sıradan çıxması ictimai rəyin, medianın diqqətindən uzaq qalıb.
Xəbərdə parkda yerləşən türbənin bağlanmasına, daş mozaika panellərinin ciddi zədələnməsinə, usta Sabir Baxal Əsgərinin əsərlərinin yoxa çıxmasına, park ərazisində ənənəvi olmayan tikililərə imkan verilməsinə diqqət çəkilib.