Təbrizin istirahət parklarının çoxu, o cümldən şəhərin Bağmeşə məhəlləsinin Savalan Parkı baxımsız vəziyyətdədir.
Parkın baxımsız vəziyyəti məhəllə sakinlərinin gileylənməsinə səbəb olub.
Yaşıl qazonun üzərinə zibl qutuları, torbaları, müxtəlif məişət tullantıları, kafel qırıqları atılıb.
Şəhər rəhbərliyinin laqeydliyi üzündən parkın yaşıllıq hissəsi baxımsız vəsiyyətə düşüb, hovuzunda su yoxdur.
Habelə bufetlər xarabalığa dönüb. Ərazi şəhər sakinləri üçün təhlükəli məkana çevrilib.
“Azərəncümən” həmçinin bildirir ki, Təbrizin parklarının çoxu buna oxşar durumdadır.
Şəhər sakinləri parklarda işıqlandırmanın, sanitar qovşağın təmiz olmadığını deyiblər.