Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmediyanın Urmu gölü ilə bağlı çıxışına cavab verib.
O, Urmu gölünün Bərpası Qərargahının əyalət valisi Məhəmməd Sadiq Mötəmediyannın nəzarətinə verilməsindən sonra ekoloji faciənin daha da dərinləşdiyini deyib.
Əlirzabeygi hazırda iddia olunduğu kimi su anbarları və çaylardan Urmiya gölünün su payının buraxılmadığını bildirib.
Qeyd edək ki, Qərbi Azərbaycan əyalətinin valisi Urmu gölü ilə bağlı etirazları əsassız adlandırıb. Hökumətin gölü bərpa etdiyini deyib və gölün durumu ilə bağlı etiraz edənləri düşmən adlandıraraq onların cəzalandırılmasını tələb edib.