İcbari hicaba qarçı çıxan Röya təxminən bir həftə öncə hicab tələb edən məmurlarla qarşıdurma yaşamışvə məmurlar tərəfindən döyülüb söyülmüşdür.
Məmurlar hadisəni müşahidə edən küçədəki mağaza sahiblərini “heç nə görməyibsiz” deyərək hədələyiblər. Sonra güya Röya şüurunu titiribmiş kimi Təbriizin Psixiyatriya Xəstəxanasın aparılıb.
Bu gün isə xəstəxanadan Təbriz şəhəri Təhlükəsizlik İdarəsinin kamerasına köçürülüb.
Qeyd edək ki, Röyanın adı sosial şəbəkələrdə “Təbrizin Qızı” olaraq qeyd olunur.
Məhkəmə vəkili Sina Yusifi “X” sosial şəbəkəsində Röyanın canının təhlükədə olduğunu yazaraq onun barəsinə məlumat paylaşıb.
“Röyaya vəkillə görüşməsinə icazə verilmir. Ötən payız, etirazlarda iştiraka görə işlə təmin olunmayıb. Röyanın yeni vəziyyəti barədə əsla məmulmat verilmir.
Ona görə də canı təhlükədədir. Onun səsi olaraq hakimiyyət tərəfindən işkəncə olunmasına və həyatının itirilməsinə mane olmalıyıq.”-deyə Yusifi vurğulayıb.
İran hakimiyyəti müxaliflərə “dəli” adı verməyə başlayıb. Bu olaydan əvvəl etirazlara dəstək olmuş keçmiş polis məmuru Rza Kuşəkiyə də dəli adı verməklə İlam şəhərinin Dəlixanasına köçürülmş, 7 gün saxlanıldığı müddətdə icbarı müxtəlif iynələr vurulub və dərmanlar verilib.
“Burada başa düşəni dəli adlandırırlar.”-deyə Kuşəki vurğulayıb.