Təbrizin simvolu dağıdılır

by Samir Asadli

14-cü əsrdə inşa edilən və Təbrizin simvolu sayılan tarixi Ərk qalası yenidən dağıdılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Bu barədə Təbriz Şəhər Şurasının üzvü Ruhullah Rəşidi xəbərdarlıq edib.

Onun sözlərinə görə, tarixi abidənin cənub hissəsində yeraltı avtomobil parkının inşasına qərar verilib.

“Tikintisi nəzərdə tutulan 200 avtomobillik yeraltı parkinq şəhərin trafik probleminin həllinə heç bir müsbət təsir göstərməyəcək, bu yalnız xüsusi bir qrupun istifadəsi üçün inşa edilir”,- Rəşidi bildirib.

Bu, mollaların hakimiyyətə gəlməsindən sonra Ərk qalasına qarşı ikinci qəsd sayılır.

Bundan əvvəl 1981-ci ildə cümə namazı mərasimlərinin icrası üçün Ərkin çox hissəsi partlayıcı maddələr və bulduzerlər vasitəsilə dağıdılıb.

1990–2000-ci illərdə isə İran Mədəni İrs Təşkilatı tərəfindən reabilitasiya və yenilənmə layihəsi həyata keçirilib. Ancaq bu reabilitasiya zamanı Qacar dövründən qalan bütün qalıqlar strukturdan çıxarılıb.

Həmin dövrdə Ərk qalasının yanında yeni böyük məscid tikilib. Yeni məscidin üst quruluşu Ərk qalasının memarlığına xələl gətirib. Bu tikinti Ərkin yer altındaki qədimi əsaslarını da tamamilə məhv edib.

Beləliklə, hakimiyyət Ərkin əsaslarını aradan qaldırmaqla sonraki illərdə baş verə biləcək yenidənqurma fəaliyyətləri şansını da məhv edib.

Bütün bu qeyd edilənlərə,  tarixi abidələrin qorunma və bərpa qaydalarının pozulmasına görə, tarixi abidə YUNUSKO tərəfindən  qeydiyyata alınmayıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK