Təbrizin cənub şərqində yerləşən neçə min illik tarixi “Pinə şalvar” qəbristanlıq tamamilə məhv olmaq üzrədir.
Özünəməxsus baş və sinə daşları ilə tanınan tarixi qəbristanlıq, islamda əvvəl, islam dövrü və ondan sonrakı dövrdə bölgədə yaşayanların dəfn edildiyi yerdir.
Mədəni fəallar qəbristanlıqdakı məzarların bir çoxunda baş daşlarının fərqli şəklidə olmasına görə, hakimiyyətin tarixi abidənin məhv olmasında maraqlı olduğunu yazıblar.
“Buna görə də, tarixi qəbristanlığın qorunması və qeydiyyata alınması ilə bağlı edilən müraciətlər nəticəsiz qalıb”,- fəallar bildiriblər.