Təbrizdə yaşayan bəhai inanclı vətəndaş Sina Şəhri həbs cəzasının icrası üçün Şərqi Azərbaycan əyalətinin prokurorluğuna çağırılıb.
Təhlükəsizlik məmurları Sina Şəhrini 17 yanvar 2022-ci ildə Təbrizdəki şəxsi mənzilində həbs edib, evdə axtarış aparıb və onun şəxsi əşyalarını müsadirə ediblər.
O, təcridxanada dindirildikdən sonra fevralın 2-də girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.
Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.
İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.