Yanvarın 15-də fəlsəfə üzrə professor və bu sahədə ən tanınmış simalardan olan Kərim Müctəhidi dünyasını dəyişib.
1930-cu il sentyabrın 1-də Təbrizdə anadan olan Kərim Müctəhidi Fransanın Sorbon Universitetində bakalavr, magistr və doktorantura kurslarını bitirib.
Təbrizli alim 20-ci əsrin ən böyük filosoflarından biri – Jan Uollun rəhbərliyi altında “Kantın transsendental təhlilinin araşdırılması” adlı magistr dissertasiyasını və Henri Karbonun məsləhəti ilə doktorluq dissertasiyasını yazıb.