Təbrizli həkim müvəqqəti azad edilib

by Samir Asadli

Milli fəal və tanınmış həkim doktor Hüseyn Xudayi yanvarın 19-da girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Təbriz zindanından buraxılıb.

Qeyd edək ki, o, dekabrın 8-də təhlükəsizlik məmurları tərəfindən şəxsi mənzilində həbs edilmişdi.

İran-İraq müharibəsi qazısı və 40 faiz əlillik dərəcəsi olan Xudayi təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı zaman evində axtarış aparılıb

Ona məxsus bir sıra əşyaların məmurlar tərəfindən aparıldığı bildirilir.

Güneyli həkimin həbs səbəbi və nədə ittiham edildiyi barədə heç bir açıqlama verilmir.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK