Təbrizin “İtminan” dondurma fabrikində yanvarın 29-dan başlayan etiraz aksiyası bu gün də davam edib.
Dondurma şirkətinin işçiləri bildiriblər ki, 3 gündür işi dayandırmalarına baxmayaraq, istəkləri ilə bağlı müraciətlərinə cavab verilməyib.
Onlar əmək haqlarının az olmasına və bir neçə aydır maaşlarının ödənilməməsinə etiraz edirlər.