Təbrizli jurnalist polisə çağırıldı

by Samir Asadli

Təbrizdən olan xanım jurnalist və ictimai fəal Fatimə Qulipur İran Polis Qüvvələrinin kiberməkana nəzarət bölməsinə çağırılıb.

Bu barədə o özünün sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, bu, Fatimə Qulipurun iyulun 8-i gecə saatlarında Təbrizdə əzadarlıq mərasimində baş verən və iki nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən insidentlə bağlı məlumat yaydığına görədir.

Qeyd edək ki, iyulun 8-i gecə saatlarında Təbrizin Qaraağac məhəlləsində məhərrəmlik ayı münasibətilə keçirilən əzadarlıq ərasimində dava düşüb.

Soyuq silahlarla rəchiz olunmuş qrup əzadarlıq mərasiminə hücum edib, 2 nəfəri öldürüb və 25 nəfəri yaralayıblar.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK