Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan qarşıdan gələn parlament seçkiləri iə bağlı fikirlərini bildirib və vətəndaşların səsvermədə iştirak etməkdə maraqlı olmadıqlarını deyib.
“Düşünməliyik: nə etmişik ki, vətəndaşlar səs vermək istəmirlər? Bizim danışıq və əməllərimiz xalqın rəğbətini qazanmalı idi, ancaq bu belə deyil”,- Pezeşkiyan bildirib.
O, bundan öncəki parlament seçkilərində Şərqi Azərbaycandan olan namizədlərin çoxunun seçkilərdə iştirakına imkan verilmədiyini və belə halın yenidən təkrarlanmamasına ümid etdiyini deyib. .
Qeyd edək ki, islahatçı qanada mənsub bir sıra siyasi və ictimai cərəyanlar, o cümlədən keçmiş prezident Əli Əkbər Haşiminin qızı faizə Haşimi vətəndaşları səsvermədən imtina etməyə çağırıb.