Təbrizli tələbələr Universitetdən qovuldu

by Samir Asadli

Mayın 19-da İbrahim Rəisi və başqalarının helikopter qəzasında həlak olması ilə bağlı sosial mediada paylaşımlar edən Təbriz Universitetinin bir neçə tələbəsinin təhsilinə qadağa qoyulub.

Bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb.

Məlumata görə, tələbələr təhlükəsizlik və Universitetdə olan “Siyasi-İdeoloji Bölmə”nin əməkdaşları tərəfindən dindirilib və İnzibati Komitənin qərarı olmadan Universietdən qovulublar.

Oğlan və qız tələbələrin ayrı-ayrı bölmələrdə sorğu-sual edildiyi və bir neçə dəqiqəlik dindirmə prosesindən sonra qovulmaları barədə qərar verildiyi bildirilib.

Qeyd edilib ki, universtetdə təhsil alan bir neçə sosial media fəalı və sosial şəbəkə admininin də, intizam Komitəsinin prosedurlarından keçmədən təhsillərinin qadağan edilməsi barədə məktub alblar.

Qeyd edək ki, mayın 19-da İbrahim Rəisi və başqalarının helikopter qəzasında həlak olmasından sonra yüzlərlə insan həbs edilib, çox sayda iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK