Təbrizli vəkil Əmir Mehdipur Şərqi Azərbaycan Vəkillər Kollegiyasının intizam məhkəməsinə çağırılıb.
“Bilirəm ki, yuxarıların məqsədi vəkillik lisenziyamı ləğv etməkdir. Özü də məhkəməyə çağırış tarixinin tezliyi bu işi yerinə yetirmək üçün tələsdiklərini göstərir”-axar.az xəbər verir ki, Mehdipur belə yazıb.
Hazırda xaricdə olan Vəkillər Kollegiyasının sədr müavini Sina Yusifi də özünün Tvitter hesabında bununla bağlı paylaşım edib.
O, belə addımların müstəqil vəkillərin fəaliyyətinin qarşısının alınmasına və haqqın, xalqın tərəfində olan hüquqşünasların meydandan çıxarılmasına hesablandığını bildirib.
Qeyd edək ki, Əmir Mehdipur 17 oktyabr 2022-ci ildə həbs edilərək Təbriz həbsxanasına köçürülüb, 27 oktyabrda isə girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.