Təbrizli vəkil Sina Yusifi məhkəməyə çağrılıb

by Samir Asadli

İran məhkəmə sistemi Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış təbrizli vəkil Sina Yusifiyə çağırış göndərərək ittihamları ilə bağlı izahat vermək ümün ondan Təbriz Cəza Məhkəməsinin 112-ci bölməsinə getməyi tələb edib.

Bu barədə Sina Yusifi özünün sosial media məlumat paylaşım edib.

“Etiraz aksiyalarının başlanmasının ilk ayında Vəkillər Kollegiyasının fəaliyyəti və həbs edilənlər barədə yaydığım məlumatlara görə mənə hökumətə qarşı təbliğat və yalan məlumalar yaymaq ittihamları irəli sürülüb. Mən bir vəkil olaraq öz vəzifəmi yerinə yetirmişəm”,- Yusifi yazıb.

Bundan öncə Sina Yusifinin 6 ay həbs, iki il ölkədən çıxışına qadağa və şəxsi əşyalarının müsadirə olunması barədə qərar çıxarılıb.

Yusifi oktyabrın 14-də Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirdikdən 1 gün sonra həbs edilib və oktyabrın 27-i girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK