Təbriz Universtetinin molekulyar hüceyrə biologiyası fakültəsinin tələbəsi və ictimai fəal Armita Pavir Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırılıb.
Çağırış məktubunda ona qarşı “ictimai asayişi pozmaq və ictimai rəyi təhrik etmək” ittihamının irəli sürüldüyü bildirilib.
Qeyd edək ki, Armita Pavir bundan əvvəl 2022-ci il oktyabrın 31-də universitetin qarşısında, 2023-cü ilin iyunun 28-də şəxsi mənzilində həbs edilmişdi.
O, bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.