Təbrizli xanım fəal təhlükəsizlik idarəsinə çağırıldı

by Samir Asadli

Təbrizdə yaşayan mədəni fəal Asena Şəbani Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) yerli bölməsinə çağırılıb.

Bu barədə xanım fəalın ailəsi məlumat yayıb.

Bildirilib ki, Asena Şəbaniyə zəng edilərək onun təhlükəsizlik idarəsinə getməsi tələb edilib.

Xanım fəal rəsmi çağırış məktubu göndərilmədiyi üçün bunun qanunsuz olduğunu deyib və idarəyə getməyəcəyini bildirib.

Onun təhlükəsizlik idarəsinə çağırılmasının milli tədbirlərdə və həbsdən buraxılan fəallarla görüş mərasimlərində iştirakı ilə əlaqəl olduğu ehtimal edilir.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK