İranda keçirilən media festivalında Təbrizin “Azərəncümən” xəbər saytının əməkdaşı, jurnalist İlahə Məhdəvi ikinci yeri tutub.
Müsabiqədə İranın müxəlif əyalətlərindən 1700 jurnalisti iştirak edib, onların arasında Şərqi Azərbaycan əyalətindən olan jurnalistlər ilk üç yerləri tutublar.
Qeyd edək ki, gənc jurnalist İlahə Məhdəvi əsasən Azərbaycan və Təbriz şəhərinin problemləri ilə bağlı reportajlar hazırlayır.