Ölkə əhalisinin təxminən yarısı türkdür və buna görə də, türk dili fars dili ilə yanaşı rəsmi dövlət dili olmalıdır.
Bir çox təbrizli bunu Məsud Pezeşkianın reallaşdırmalı olduğu ən vacib məsələlərdən biri olduğunu deyiblər.
“belə olduğu halda canla-başla proseslərdə iştirak edərik, əks halda bu ayrı-seçkilik bizim bu ölkənin vətəndaşı olmaq hissimizi məhv edir ,- müsahiblərdən bir neçəsi bildirib.
Bəzi respodentlər Məsud Pezeşkiana inandıqlarını, ona hörmət etdiklərini deyib, ancaq onun hakim sistemin toruna düşüb. istifadə edilib və qırağa atılacağından narahat olduqlarını söyləyiblər.
“Bu seçkilərdən sonrada heç bir ciddi dəyişiklik olmayacaq, 45 ildir eyni oyunları görürürük, artıq heç bir inamımız qalmayıb. Ən yaxşısı seçkilərdə iştirak etməmək, hakimiyyətin oyuncağına çevrilməməkdir”,- müsahibə vernlərdən bir neçəsi azərbaycanlıları seçkiləri boykot etməyə çağırıblar.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.